Mosulda Yunis peyğəmbərin (ə) məqbərəsi işğaldan azad oldu 17 Yanvar 2017 02:00 Dünya İraq qüvvələri Mosulda daha bir bölgəni İŞİD terror qruplaşmasının işğalından azad edib. Maide.Az xəbər verir ki, İraq qüvvələri Yunis preyğəmbərin (ə) məqbərəsini azad edib. İraq ordusunun terrrorizmlə mübarizə qüvvələrinin sözçüsü Səbah Əl-Neman deyib ki, biz Yunis peyğəmbərin (ə) məqbərəsi olan bölgəni işğaldan azad etdik. İŞİD terror qruplaşması Yunis peyğəmbərin (ə) məqbərəsini 2014-cü ildə İraqın Mosul şəhərini işğal etdikdən sonra Yunis peyğəmbərin (ə) məqbərəsini dağıtmışdır. İraq KİV-ləri bildirir ki, İraq qüvvələri artıq Mosul şəhərinin şərqində 90 faiz ərazini İŞİD terrorçularından təmizləyib. Yaxın günlərdə Mosulu şərq hissəsinin tamamilə azad olunacağı gözlənilir. Teqlər : #Mosulda Yunis peyğəmbərin (ə) məqbərəsi işğaldan azad oldu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Universitetdə partlayış baş verib - 5 ölü Amnesty International: Zəkzaki dərhal azad edilsin
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO