Müqəddəs Kərbəlada 2 terror aktı törədilib

Müqəddəs Kərbəlada 2 terror aktı törədilib. Hadisə nəticəsində 12 nəfər şəhid olub. Kərbəlada Həzrəti Əbülfəzl Abbasın (ə) müqəddəs hərəmi yaxınlığında bomba yerləşdirilmiş iki maşının partladılması nəticəsində daha 30 nəfər də yaralanıb. Bomba yüklü maşınlardan biri "Meysəmi Təmmar" küçəsində partladılıb,  digəri isə "Tuveyric" bölgəsində partladılıb.

Hadisə zamanı partlayış səslərini eşitmiş şahidlərdən biri, hadisə yerindəki İraq televiziyasının Türkiyə əməkdaşı Cevat Gök bu haqda fikirlərini bölüşüb. "İlk dəfədir ki, Kərbəlada belə partlayış eşidirəm. Kərbəla eyni Kərbəladır", - deyə jurnalist statusunda bildirir.Deyerler /

Google+ WhatsApp ok.ru