Müqəddəs məkanları qoruma batalyonu ilk məzunlarını verib

Müqəddəs Kazımeyn Türbəsinin baş katibinin müavini Məhəmməd Əl-Heydəri, İraqlı yüksək çinli hərbi rəsmiləri, xüsusi təyinatlılar dəstəsinin komandiri və digər vəzifəlilərin iştirakı ilə "İmameyni Cavadeyni Mühafizə" adlı batalyon hərbi təhsillərini uğurla başa vurmasından sonra buraxılış tədbiri keçiriblər.
 
Maide.az xəbər verir ki, İraq şəhərlərini və müqəddəs məkanları İŞİD hücumlarına qarşı qorumaq üçün Ayətullah Sistaninin verdiyi cihad fətvası və İraqlı din alimlərinin təklifi sayəsində könüllülərdən ibarət yeni batalyon tədbirdən sonra cəbhəyə göndərilib.
 
Keçirilən buraxılış mərasimində ən yeni döyüş taktikaları və hərbi təlimlərin göstərilməsindən sonra andiçmə mərasimi keçilrilib. Batalyondakı əsgərlər Allaha, "İmameyni Cavadeynə (ə)", müctəhidlərə, İraq şəhərlərinə və müqəddəs məkanlara ediləcək hücumlar qarşısında canla-başla mübarizə aparacaqlarına dair söz veriblər.

Google+ WhatsApp ok.ru