Müqəddəs Kərbəla hərəmlərində Ərbəin öncəsi yeniliklər-FOTOLAR

 
Müqəddəs Kərbəlada yerləşən İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) mütəhhər hərəmlərində tikinti-yenidənqurma işləri davam edir.
 
Maide.az xəbər verir ki, İmam Hüseyin (ə) müqəddəs hərəmində yeni tikilən səhnlərdən birində il ərzində milyon nəfərlik zəvvarın qəbul edilməsi nəzərdə tutulur. Bu səhndə yeni olaraq düz elevatorlar da istifadəyə veriləcək.
 
Həzrət Əbəlfəzl Abbas (ə) Ağanın hərəmində isə artıq 3 elevator zəvvarların istifadəsinə verilib. 14,2 m, 66 m və 2 ədəd 1000 m-lik elevator pak hərəmin xanımlar bölümündə xanım zəvvarların istifadəsinə verilib.
 
Xatırladaq  ki, rəsmi açıqlamalara əsasən,  ötən il Ərbəin mərasimləri də daxil olmaqla müqəddəs Kərbəlanı 25 milyon insan ziyarət edib. Bu il isə bu rəqəmin 30 milyonu ötməsi gözlənilir. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru