Müqəddəs Həzrət Abbas (ə) hərəminin gənc könüllüləri 24 saat İmam Hüseyn (ə) zəvvarlarının xidmətində - FOTO

Kərbəlanın qeyrət nümunəsi, İmam Hüseynin (ə) qardaşı Həzrəti Əbəlfəz Abbas (ə) hərəmənin gənc könüllüləri Ərbəin günü 300 yaxın məntəqədə İmam (ə) zəvvarlarının xidmətində durub.
 
Maide.az xəbər verir ki, pak hərəmin gənc və yeniyetmələri zəvvarlara yemək hazırlamaq, təmizlik, yol göstərmə, maarifləndirici broşurların paylanması, şəbeh və maarifləndirici səhnələrinin qurulması və digər tədbirlərin görülməsində yer alıb. 
 
"Məhərrəm-Səfər əyyamı mərasimləri çərçivəsində Ərbəin ziyarətində bir sıra tədbirlər həyata keçirildi. Ziyarətçilər üçün mədəni nəşrlər paylayır və zəvvarların bəzi yanlış addımlarını aradan qaldırmaq üçün də maarifləndirici səhnələr təşkil edirik. Bundan başqa, 24 saat boyunca pak hərəmin zəvvarlara xidmətinə dəstək veririk", - deyə müqəddəs hərəmin Mərasimlər və Düşərgələr Şöbəsinin məsulu Əli Hüseyn Əbd Zeyd bildirib./
  
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru