Müqəddəs Kərbəlada möhtəşəm Niməyi-Şəban - FOTO

Müqəddəs Kərbəlada İmam Zaman ağanın (əf) mövludu möhtəşəm şəkildə qeyd olunur. Buradakı mərasimlər bir çox cəhətlərinə görə daha yaddaqalan olub.
 
Deyerler.org müqəddəs hərəmə istinadən xəbər verir ki, Mövlud zəvvarların hərəkəti üçün 200 ədəd 60 yerlik iritutumlu avtobus bu işə səfərbər edilib. Zəvvarların qida ilə təmin olunması üçün 20.000 qazan İmam (ə) ehsanı hazırlanıb.
 
Eyni zamanda ən mühüm işlərdən biri də hərəmin bəzədilməsi olub. Belə ki, bu işi üzərinə mərasim xidmətləri göstərən 700-dən artıq İraq şirkət götürüb.
 
Gecənin digər yaddaqalanı hadisəsi Fərat çayının üzərində yaşanıb. Belə ki, burada toplanan zəvvarlar yandırdıları şamları kiçik qayıqlara qoyaraq çaya buraxıblar.
 
Zəvvarlar gecəboyu Nimeyi-Şəbanın əməllərini icra edib, dualar ediblər. Gecənin ən möhtəşəm səhnələrindən biri müqəddəs Kərbəlada İmam Zaman Ağa (əf) üçün 1181 şam yandırılması olub. Mərasim iştirakçıları bununla Zəmanə Sahibi İmamımızın (əf) 1181 yaşının tamam olmasına diqqət çəkiblər. Mərasimdə yaşlı insanlarla yanaşı azyaşlı uşaqlar da iştirak edib.
 
Hazırda böyük qeybət dövrünü yaşayan İmam (əf) 1182 il öncə İraqın Samirra şəhərində dünyaya göz açıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru