Müqəddəs Kəbənin örtüyü dəyişdirildi - VİDEO

Müqəddəs Kəbənin örtüyü dəyişdirildi - VİDEO

Milyonlarla hacı olmağa hazırlaşan müsəlmanların Ərəfata yollandığı bir vaxtda bugün səhər saatlarında müqəddəs Kəbə evinin örtüyü dəyişdirilib,
 
Maide.Az Al-Alama istinadən xəbər verir ki, Kəbə evinin örtüyü bu gün səhər sübh namazından sonra dəyişdirilib.
 
Hər il Həcc mövsümündə hacıların təvaf etdiyi vaxtı örtüyə zərər dəyməməsi və hacıların Müqəddəs Evi daha aydın görmələri üçün Kəbənin örtüyü yuxarıya doğru çəkilir. Kəbənin örtüyü qara boya ilə rənglənmiş xalis ipəkdən hazırlanır. Örtüyün üzərinə “La İlahə İlləllah, Muhammədun Rəsulillah”, “Allahu (c.c)”, “Subhanəllahu və bihəmdihi və subhanəllahil əzim”, “Ya Hənnan ya Mənnan” ilə "İxlas" surəsi və "Ayətul-Kürsü" duaları yazılır. Bu yazılar gümüş və qızıl saplar ilə əllə işlənilir.
 
16 parçadan ibarət olan örtüyün yerdən hündürlüyü 14 metr, eni isə 46 metrə çatır. Kəbə qapısındakı qızıl və gümüş saplarla işlənmiş örtüyün hündürlüyü 7.5 metr, eni isə 4 metrdir. 670 kq saf ipəkdən hazırlanmış örtüyün sahəsi 658 kvadrat metr təşkil edir. 
 
Kəbə örtüyü dəyişdirildikdən sonra kiçik hissələrə bölünərək təbərrük kimi İslama xidmət etmiş şəxslərə hədiyyə olunur. 

Google+ WhatsApp ok.ru