Müqəddəs Məşhəd şəhərində 21 İŞİD üzvü ələ keçirilib

Müqəddəs Məşhəd şəhərində 21 İŞİD üzvü ələ keçirilib

Müqəddəs Məşhəd şəhərində 21 İŞİD üzvü ələ keçirilib
 
Bu barədə Məşhəd şəhər Prokurorluğunun sədr müavini Həsən Heydəri məlumat verib.
 
Bildirilib ki, İŞİD üzvlərinin bəziləri Əfqanıstan və Pakistan vətəndaşlarıdı.
 
Mənbə bu İŞİD üzvlərinin ələ keçirilməsi əməliyyatının Tehranda törədilən terror aktlarından sonra həyata keçirildiyini diqqətə çatdırıb.
 
Ələ keçən İŞİD-çilərin bəzilərinin xarici vətəndaş olduğunu deyən H.Heydəri əlavə edib ki, onlar ölkə xaricində İŞİD-in törətdiyi terror aktlarında və döyüşlərində iştirak edib, döyüş təlimləri alıb və saxta pasportlarla ölkəyə daxil olub.
 
Əyalətdə İŞİD və ona bağlı qrupların üzvlərinə və onlara dəstək verənlərə qarşı əməliyyatların daha dəqiq şəkildə davam edəcəyi vurğulanıb.(İslaminsesi)

Google+ WhatsApp ok.ru