Müqəddəs Məkkə və Mədinə şəhərlərini birləşdirən yüksək sürətli qatarın sınağı keçirilib - FOTO

Müqəddəs Məkkə və Mədinə şəhərlərini birləşdirən yüksək sürətli qatarın sınağı keçirilib - FOTO

Səudiyyə Ərəbistanının müqəddəs Məkkə və Mədinə şəhərlərini birləşdirən “Əl-Hərəmeyn” adlanan dəmiryolunun tikintisi başa çatıb və yüksəksürətli qatarın ilk uğurlu sınağı həyata keçirilib. 
 
Maide.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sürətli elektrik qatarının sınaq mərasimindaə Məkkə vilayətinin şahzadəsi Bəndər bin Abdullah və digər rəsmilər iştirak edib. 
 
Sınaq zamanı rəsmiləri daşıyan qatar Ciddə şəhərindən Rabiq qəsəbəsinə və Mədinəyə gedib və oradan da yenidən Ciddəyə qayıdıb. Sınaq zamanı qatar saatda 300 km-dək sürəti artırıb. 
 
“Əl-Hərəmeyn” adlanan dəmiryolu boyunca Məkkə və Mədinə şəhərlərindəki son dayanacaq da daxil olmaqla 5 stansiya (dayanacaq) olacaq. Ara stansiyaları Rabiq qəsəbəsində, Ciddə şəhərində və Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərəcək. 450 kilometrlik dəmiryolu 2018-ci ildə istifadəyə veriləcək.
 
Bu dəmiryolu vasitəsilə hər il 60 milyon sərnişin daşınması planlaşdırılır. Məkkə - Mədinə istiqamətində 35 qatarın fəaliyyət göstərəcəyi bildirilir.  
 
Məkkə-Mədinə dəmir yolunun tikintisi üçün tender 2011-ci ildə elan edilib, layihənin dəyəri 6,7 milyard avro təşkil edib. 
 
Məlumatda, həmçinin bildirilir ki, “Əl-Hərəmeyn” dəmiryolu layihəsində səsboğucu texnologiya tətbiq olunacaq. Bu ən çox yaşayış rayonları ərazisində nəzərə alınacaq.
Beləliklə, zəvvarlar iki müqəddəs şəhər arasında yolu iki dəfə tez və rahat qət edə biləcək. /
 

 

Google+ WhatsApp ok.ru