Müqəddəs Məkkə və Mədinə ilə bağlı yeni qadağa

Müqəddəs Məkkə və Mədinə ilə bağlı yeni qadağa

-- Qadağa bütün ziyarətçilərə, həmçinin media nümayəndələrinə şamil olunur.

Səudiyyə Ərəbistanı rəhbərliyi Məkkə şəhərində yerləşən "Məscidul-Həram" (Kəbə evi) və Mədinə şəhərində yerləşən "Məscidun-Nəbi"də (Peyğəmbər məscidi) fotoşəkil çəkilişinə qadağa qoyub. Bu barədə ictimaiyyətə Krallığın Xarici İşlər nazirliyi məlumat verib. 
 
Bildiirlir ki, Məkkə və Mədinə şəhərlərindəki müqəddəs məkanlarda, ibadətgaha aid açıq və qapalı məkanlarda foto və video çəkilişi qadağan olunur. Qadağa hər nə məqsədlə olursa-olsun, bütün ziyarətçilərə, həmçinin media nümayəndələrinə şamil olunur. Qərarın müqəddəs yerləri qorumaq məqsədli daşıdığı vurğulanıb. 
 
Səudiyyə rəhbərliyi müqəddəs məkanlarda zəvvarlara foto və video çəkilişi ilə yanaşı, gəldikləri ölkələrin bayraqlarını havaya qaldırmağı da qadağan edib. (faktxeber)

Google+ WhatsApp ok.ru