Müqəddəs Kəbənin örtüyü dəyişdirildi - FOTO

Müqəddəs Kəbənin örtüyü dəyişdirildi - FOTO

Milyonlarla hacı namizədi Ərafatda hacı olmağı gözləyərkən, Kəbənin örtüsü səhər saatlarında dəyişdirilib. 
 
Maide.az-ın məlumatına görə, örtüyün dəyişdirilmə prosesesinə ötən gündən başlanılıb və bu gün səhər rəsmi mərasim çərçivəsində örtük dəyişdirilib.
 
Örtü qara boya ilə boyanmış xalis ipəkdən hazırlanır. Örtüyün ümumi çəkisi 670 kiloqramdır. Kəbə örtüyünün üzərində qızıl və gümüş işləməli ayə və dualar da  yazılır. 
 
 
Toxunalarında "La ilale İlləllah Muhəmmədən Rəsulullah", "Allah Cəllə Cəlaluhu", "Subhanallahi və bihamdihi və subhanallahilazim", "Ya hənnan ya Mənnan" ilə İxlas surəsi və Ayətəl Kürsi yazılır.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru