Müqəddəs Əskəreyn (ə) hərəminin həyətinə daş döşənir - FOTO

Müqəddəs Əskəreyn (ə) hərəminin həyətinə daş döşənir - FOTO

Samirrada onuncu imam İmam Əliyyən Nəqi (ə) və on birinci imam İmam Həsən Əskərinin (ə) müqəddəs hərəmlərinin həyatyanı sahəsində daş döşəmələri üzrə işlərin 90 faizi başa çatıb. 
 
Maide.info xəbər verir ki,  hərəmin giriş hissəsində daşların doşənməsi işləri yekunlaşmaq üzrədir.  2500 kvadrat metr ərazidə elektrik naqilləri  və su ötürmə kanalları yenilənib. 
 
Daşların döşənməsi prosesi tezliklə başa çatacaq. 
 
Qeyd edək ki, on ikinci imam İmam Zamanın (ə.f) babası, onuncu imam İmam Əliyyən Nəqi (ə) və atası, on birinci imam İmam Həsən Əskərinin (ə) əziz məzarlarının yerləşdiyi müqəddəs Əsgəreyn hərəmi İraqın müqəddəs Samirra şəhərində yerləşir.
 
Xatırladaq ki, ABŞ-ın İraq işğalı zamanı müqəddəs Əskəreyn hərəmi top atəşinə tutulmuş, hərəmin günbəzlərindən biri zədələnmişdi. Oxşar cəhdi son aylarda İŞİD terrorçuları da həyata keçirməyə çalışsalar da, İraq ordusu və könüllüləri bu rəzalətin qarşısını alıb.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru