Müqəddəs Ramazan ayına hazırlıq

Müqəddəs Ramazan ayına hazırlıq

Artıq sayılı günlər qalır

Artıq sayılı günlər qalır. Bir neçə gündən sonra xeyir və bərəkət dolu müqəddəs Ramazan ayı başlayır, bir çox evlərdə Allah bəndələri bu bərəkətli ayı qarşılamağa can atır, hər cəhətdən təmizlik işləri aparır və hazırlaşırlar.

Müqəddəs Ramazan ayından öncə orqanizmin lazımı qədər qidalanması üçün qida hazırlıqlarına başlamaq lazımdır. Maide.Az  burada bir neçə nümunəni əziz oxucularının  diqqətinə çatdırır:

Bu andan etibarən çay və qəhvəni azaldın:

Bu ən vacib məsələlərdən biridir ki, insanlar müqəddəs Ramazan ayından bir həftə, yaxud on gün qabaq çay, qəhvə və kofeinli içkiləri azaltmalıdırlar. Çünki bu maddələr orqanizmdə kofeinə aludəçilik yaradır.  Orucluqdan əvvəl çayın miqdarını azaltmaq məsləhət görülür ki, orqanizm yavaş-yavaş az çay içməyə adət etsin.

Qida dəyərini və miqdarını azaldın:

Başqa vacib məsələlərdən biri orqanizmə qəbul edilən qida dəyəridir. Orqanizm qidanı tədricən qəbul etməldir. Oruc halında 17-18 saat orqanizm ac qaldığı üçün, qida qəbulunu bu müddət ərzində azaltmaq lazımdır ki, orqanizm tədricən qida azlığına alışsın. Çünkü yeməyi birdəfəyə azaltmaq, xüsusilə, orucluğun ilk günlərində çox çətin olur. 

İdman proqramlarınızıvə məşqlərinizi müəyyənləşdirin:

Oruc halında orqanizmin mayesi qorunub-saxlanılmalıdır. Bu səbəbdən, daim idmanla məşğul olanlar orucluqda səhər saatlarında idman etməsinlər. Əvəzində isə iftardan 30 dəqiqə, yaxud bir saat əvvəl idman etsinlər ki, orqanizmdən az su çıxsın (az tərləsinlər).

Habelə, iftar və imsak saatları arasındakı fasilədə su içməyə, maye qəbuluna vaxt olduğu üçün  idman edə bilərlər. 

Mübarək Səban ayının son günlərini oruc tutun:

Orucluqdan qabaq orqanizmin öyrəşməsi üçün iki gündən bir, ya həftədə iki gün (bazar ertəsi və cümə axşamı) günləri oruc tutmaq yaxşıdır. Yaxud yeməklərin arasında uzun fasilə verilsin və tez-tez yeməkdən çəkinilsin.

Alış-verişinizi Ramazan ayından öncə görün:

Ramazan ayında işin növü və vaxtı digər aylarla fərqlidir. Bəzi evlərdə oruc tutmayan yaşlılar və azyaşlı uşaqlar olur. Onlar üçün səhər və nahar yeməkləri hazırlanmalıdır. Hətta, bəzi xəstə insanlar olur ki, bu ayda onların sağlamlığına və qidalarına xüsusi diqqət yetirmək lazımdır. Hətta bəzi gecələrdə iftar süfrəsində qonaq qəbul etməli olurlar. Yaxşı olar ki, xarab olmayan qidalar öncədən alınsın. Düyü, yağ, qənd, şəkər tozu, paxla, lobya və ət məhsulları qabaqcadan alınsın və hətta evin xanımı vaxtının çoxunu mətbəxdə keçirməsin deyə, yaxşı olar, öncədən bəzi yeməkləri yarıhazır edib soyuducunun buzluğunda saxlasın.

İftar vaxtına az qalmış iş görməyin:

Ramazan ayında gözəl və sağlam  şəkildə oruc tutmaq üçün daha çox anaların rolu nəzərə alınır. Orucluğun ilk günlərində yuxu və qida pozuntusu bizə psixoloji baxımından əziyyət verir və özümüzdən asılı olmayaraq hər şeyə reaksiya veririk. Xüsusilə, iftar saatı yaxınlaşdıqca diqqətimiz yayınır. Aclıq, susuzluq, yorğunluq və halsızlığa səbəb olur. Yaxşı olar, evin ağır işlərini günün birinci yarısında yerinə yetirək, iftara yaxın saatlarda istirahət edək. Mütəxəssislərin nəzərinə görə, bu aydan qabaq evtökmək( ev təmizliyi) bu ayda işlərin yüngülləşməsinə səbəb olur.

Yemək yeyəndən sonra hərarətin qalxması:

Orucun son saatlarında bədənin suyu ən aşağı səviyyəyə çatır və şiddətli susuzluq böyrək daşları və istilik mübadiləsinə səbəb olduğu üçün yemək yedikdən sonra stres və şokla nəticələnə bilər. Yaxşı olar, iftar vaxtı hazır qidalardan istifadə edək, normal yeməyi iftardan sonra hazırlayaq. Hazır və qızardılmamış qidaların istifadəsi iftar üçün ən yaxşı və ən yüngül yemək olmaqla yanaşı, onları hazırlamağa cox vaxt itkisi olmur və sobanın qarşında da çox vaxt keçirməmiş olursunuz. Əgər orqanizminiz çox güclüdürsə, iftar vaxtına az qalmış yemək bişirməkdən ləzzət alırsınızsa, iftar və imsak arası, tədricən, mütəmadi olaraq təzə meyvə və göyərtilərdən istifadə etməyiniz məsləhət görülür.

Ayaqlarınızı dəyişdirin:

 Bəzi yeməkləri  bişirmək üçün (ehsan kimi) uzun müddət ayaqüstə durmaq lazım gəlir. Mütəxxəssislər 20-dəqiqədən çox ayaqüstə durmağı məsləhət görmürlər. Bu müddət ərzində kresloda tez-tez  oturmaq bel ağrısının qarşısının alınmasına səbəb olur.  Onların tövsiyəsinə görə, ayaqüstə ikən bir neçə dəqiqədən bir ayağınızı azacıq qaldırın ki, bədən ağırlığı hər dəfə bir ayağın üstünə düşsün və bel nahiyəsi güc və ağırlıq düşməsin, həmçinin varikoz xəstəliyinin riski də azalsın. 

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru