Müqavimət qrupları Misir hökumətinə məktub ünvanladılar

Müqavimət qrupları Misir hökumətinə məktub ünvanladılar

Fələstinin Qəzza zolağındakı müqavimət qrupları Misir hökumətinə müraciət ediblər.   

Misir hökumətinə göndərilən məktubda vurğulanıb ki, Qəzza sakinlərinin təhlükəsizliyi üçün müharibə tərəfdarı olmasalar da işğalçılar atəşkəsi pozsalar, cavab veriləcək.

   "Biz hər bir an müharibəyə hazırıq. Amma bu o demək deyil ki, xalqımızın təhlükəsizliyini hər an poza bilərik", - deyə məktubda diqqətə çatdırılıb.   

Qeyd olunub ki, İsrail rejiminə Misir hökuməti çatdırmalıdır ki, atılacaq hər addım İsrail rejiminin əleyhinə olacaq.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru