Müqtəda Sədr Rusiyaya çağırış etdi

Müqtəda Sədr Rusiyaya çağırış etdi

İraqın "Sədr" hərəkatının lideri Müqtəda Sədr Rusiyanı ölkədəki humanitar və xidmət vəziyyətinin yaxşılaşdırılmasında kömək etməyə çağırıb.

Maide.Az bildirir ki, Eastnews.org-un verdiyi xəbərə görə, Müqtəda Sədr Rusiyanın İraqdakı səfiri Maksim Maksimov ilə Nəcəf şəhərində görüşüb.   

Görüş zamanı Müqtəda Sədr bildirib ki, cari dövrdə ölkənin qarşısındakı ciddi çətinliklərin qarşısını ala bilən milli hökumətin yaradılmasına çalışırlar:

"Rusiyanın ölkədəki humanitar və xidmət vəziyyətinin yaxşılaşdırılmasında yardımına ehtiyacımız var", - deyə

M. Sədr diqqətə çatdırıb.   Rusiyalı səfir öz növbəsində parlament seçkilərindəki qələbəsinə görə Müqtəda Sədri təbrik edib.

Google+ WhatsApp ok.ru