İmran Xan: Pakistan Hindistan ilə sülh razılaşmasına hazırdır

İmran Xan: Pakistan Hindistan ilə sülh razılaşmasına hazırdır

Pakistan Hindistan ilə sülh razılaşmasına hazırdır.
 
Maide.Az xəbər verir ki, Pakistanin baş naziri İmran Xan yerli telekanallardan birinə müsahibə verərkən bu məsələyə toxunub.
 
Nazir deyib ki,  Hindistan  kəşmirlilərin hüquqlarını tanıdigu və BMT təhlükəsizlik şurasının qətnaməsinə əsasən münaqişə zonasından hərbi blokadani götürdüyü təqdirdə Pakistan sülh razılaşmasina hazırdır.
 
O həmçinin, Hindistanin Kəşmir və Cammədəki "terror ağalığına" göz yummayacaqlarını qeyd edib..
 
İmran Xan hələ 2018-ci ildə, yəni hakimiyyətə gələndən sonra Hindistana sülh təklifi ilə müraciət etdiyini xatırladıb və qeyd edib ki, Hindistan tərəfindən olan hər hansı sülhməramlı təşəbbüsə ikiqat addımla cavab verəcək.
 
Hindistan tərəfinin nəinki sülhə doğru bir addım atdığını, əksinə 2019-cu ilin avqustun 5-də Kəşmirdə yeni "ədalətsizliyi" həyata keçirdiyini deyən İmran Xan qeyd edib ki, Hindistan təhlükəsizlik qüvvələrinin 900 min əməkdaşi tərəfindən 8 milyon kəşmirli müsəlman mühakimə edilib və bu gün açıq səma altında dustaq həyatı yaşayır.

Google+ WhatsApp ok.ru