Ömrü pul yox təhsil uzadır - Yeni araşdırma

Ömrü pul yox təhsil uzadır - Yeni araşdırma

-- 174 ölkədə adambaşına düşən gəlir, gözlənilən ömür uzunluğu və təhsil illərini araşdırılıb

"Bir ölkənin iqtisadiyyatı inkişaf edərsə insanları daha uzunömürlü olar" 
 
 Avstraliyanın paytaxti Vyanada araşdırmaçılar, uzun illərdir deyilən bu fikri dəyişə biləcək bir işə imza atıb. 
 
Maide.Az “İHA”a istinadən xəbər verir ki. araşdırmalara görə təhsil, ömrün uzanmasında puldan daha böyük rol oynayır. 
 
Beynəlxalq Tətbiqli Sistemlər Analizi İnstitutundan Volfgang Lutz və onunla birgə çalışan qrup, 1970-2010-cu illər arasında 174 ölkədə adambaşına düşən gəlir, gözlənilən ömür uzunluğu və təhsil illərini araşdırıb. 
 
Onların  əldə etdikləri məlumatlara görə, təhsil və uzunömürlülük arasında bağlılıq var, maddi durumun isə demək olar ki ömrün müddətinə təsiri yoxdur. 
 
Araşdırma qrupu isə nəzəriyyələrini bu nümunəylə əsaslandırır:
 
Kuba daha kasıb bir ölkə olsa da ABŞ-la müqayisədə gözlənilən ömür uzunluğu daha yüksəkdir. Araştırmaçılar bunu təhsil səviyyəsinin daha yüksək olması ilə izah edir. Neft gəlirləri çox olan amma təhsilinin səviyyəsi aşağı olan Ekvatorial Qvineyada isə  insanlar 60 yaşa çətinliklə çatırlar. 
 

Google+ WhatsApp ok.ru