`Müsəlman olmaq futbolçu olmaqdan daha əhəmiyyətlidir`

"Beşiktaş"ın "Çelsi"də forma geyinən Seneqallı futbolçu Demba Banı heyətinə qatmaq üzrədir.

Maide.az-ın məlumatına görə, Demba Ba hər nə qədər son dövrdə kafi oyun göstərsə də, karyerasında kı yüksəlişlə diqqət çəkir.

25 May 1985 tarixində Fransanın Sevr şəhərində dünyaya gələn Demba Ba, professional futbola 2005-06 mövsümündə Fransa üçüncü liqası qruplarından "Rouen" olan başlayıb.

İlk xaric təcrübəsini Belçikanın "Mouscron"da başlayıb. 2007-ci ildə Almaniyanın ikinci liqasında "Hoffenheim"ə transfer olan seneqallı oyunçu, performansı ilə bir çox klubun diqqətini çəkir.

İngiltərənin "West Ham United"in təklifini qəbul edən Demba Ba orada vurduğu qollarla yüksəlişini davam etdirib və 2011-2012 mövsümün dövrə arasında "Newcastle United"ə keçir.

29 yaşlı futbolçu 2013-cü ildə 7 milyon funt-sterlinqə "Çelsi" komandasına keçir. 29 oyunda 8 qol vurur və 3 qol ötürməsi edir.

İngiltərənin "The Independent" qəzetinə müsahibəsində Demba Ba əhəmiyyətli açıqlamalar verib.

Qol sevincləriylə əlaqədar suala, "siz gündə necə üç dəfə yemək yeyirsinizsə, mən də namazlarımı qılıram" şəklində cavab verib.

Demba Ba həmçinin, "müsəlman olmaq futbolçu olmaqdan daha əhəmiyyətlidir. Yaxşı bir müsəlman eyni zamanda yaxşı bir insandır. Mən də yaxşı bir insan olmağa çalışıram", - söyləyib.

Google+ WhatsApp ok.ru