Müsəlmanlar İŞİD-ə qarşı kampaniya başlatdı - VIDEO

İngiltərədə yaşayan müsəlmanlar sosial şəbəkələrdə terrorçu təşkilat İŞİD-ə qarşı kampaniyaya başlayıb.

İnterpress.az xəbər verir ki, “Mənim adımla etmə” kampaniyası çərçivəsində müsəlmanlar İŞİD-in etdiklərinin islam dini ilə heç bir əlaqəsinin olmadığını bildiriblər.

Kampaniyanın yaradıcısı Hanif Qadir mətbuata açıqlamasında “Məsum bir insanın öldürülməsinin hiç bir dinlə əlaqəsi yoxdur. İŞİD terrorçuları əsl müsalman deyillər. Onlar bütün insanlığın düşmənidir” deyə vurğulayıb.

Kampaniyaya dəstək məqsədilə 7 gündə Twitter-də 14 mindən çox ismarıc yazılıb./

Google+ WhatsApp ok.ru