Müsəlman qadın Ağ Evdə mükafat aldı

Amerikalı müsəlman qadına Ağ Evdə fəxri mükafat təqdim olunub.
Maidea.az-ın məlumatına görə, Xədicə Gurnah adlı bu müsəlman qadın oktyabrın 20-də Ağ evə dəvət olunub və mükafat ona təqdim olunub. O, həyatını insanların tibbə olan ehtiyaclarını " əlverişli səhiyyə" adlı federal qanuna uyğun olaraq təmin etmək üçün həsr edib.
Xədicə Gurnah -  "əlverişli səhiyyə" qanununun  ictimaiyyətə çatdırılması proqramının meneceridir.
O, Yel Universitetinin məzunudur və sağlamlıq haqqında çoxsaylı elmi dərgilərin müəllifidir.
Xədicə Gumaha 12 səhiyyə işçisi ilə birgə " Dəyişikliklər Çempionu" mükafatı verilib.
Məhdud büdcəyə baxmayaraq Xədicənin təşkilatı çoxsaylı müəssələrlə əməkdaşlıq yaradıb və minlərlə insanın tibbi xidmət almasına yardım edib.
Bundan əlavə, müsəlman qadın müxtəlif dinlərə mənsub qruplar arasında münasibətlərin yaxşılaşmasında fəal iştirak edir. //

 

Google+ WhatsApp ok.ru