Müsəlman alimlər Beyrutda toplanıb

Dünyanın bir çox yerindən gəlmiş müsəlman alimlər Livan paytaxtı Beyrutda toplanıb.
Maide.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, toplantıdan məqsəd işğalçı Sionist rejiminin bölgədəki təhdidlərinin qarşısını almaq üçün vahid cəbhənin formalaşdırılmasıdır.
 Məlumata əsasən, toplantıda İraq, Suriya, Livan, Türkiyə, Misir, Seneqal, Malayziya və Tunisdən gələn ilahiyyatçılar Beynəlxalq Müqavimət Hərəkatının formalaşdırılması yollarını müzakirə edirlər.
Toplantıya Məzhəblərarası Yaxınlaşma üzrə Beynəlxalq Assambleyasının sədri Ayətullah Möhsin Əraki rəhbərlik edir. /


 

Google+ WhatsApp ok.ru