Müsəlmanlar arasına fitnə salanlar Türkiyədə toplaşırlar

Livanın Trablus şəhərində ötən həftə baş verən qarşıdurma hadisələrinin məsulu olmaqda günahlandırılan İkra Dərnəyinin başçısı Bilal Dokmakın Türkiyəyə qaçdığı bildirilib.
 
Maide.az xəbər verir ki, Livanda nümayiş olunan "əs-Səfir" qəzeti hərbi mənbələrə əsaslandırdığı xəbərində Livan ordusunun gördüyü təhlükəsizlik tədbirləri sayəsində Trablus şəhərindəki silahlı qrupların hərəkət edə bilməyəcək hala gəldiyini yazıb.
 
Ötən həftə sıx qarşıdurmalara səhnə olan Trablus şəhərini dövlət nəzarətindən çıxarmağı məqsəd güdən silahlı qrupların onlarla üzvünü saxlayan Livan ordusunun bu qruplara liderlik edən və Türkiyəyə qaçan Şeyx Bilal Dokmakın evində də çoxlu sayda silah, raket və sursat ələ keçirdiyi açıqlanıb.
 
"Əs-Səfir" qəzeti Livanın cənubundakı Sayda şəhərində yaratdığı təhlükəsizlik problemlərinə görə Livan ordusu tərəfindən axtarılan sələfi şeyx Əhməd əl-Əsir və qrupunu Trablus şəhərinə gətirməklə günahlandırılan Bilal Dokmakın kabinetdəki bir nazirin və bir təhlükəsizlik səlahiyyətli ilə yaxını olduğunu yazıb.
 
Evində ələ keçirilən silahlarla əlaqədar Livan mediasına Türkiyədən telefon vasitəsilə açıqlama verən Bilal Dokmak evindəki silahların Livan vətəndaş müharibəsisindən qaldığını və yarasız vəziyyətdə olduğunu iddia edib.

Google+ WhatsApp ok.ru