Müsəlmanlar (s) `Mövlud həftəsi`ni qeyd edir

Həzrət Məhəmmədin (s) doğum günü müsəlmanlar arasında bayram kimi hər il qeyd olunur. İslam tarixi mənbələrində bu gün qismində iki təqvim - Rəbbiələvvəl ayının 12-si və 17-si qeyd olunur. Bu səbəbdən mövlud günləri hər il həftə ərzində qeyd olunur və mövlud həftəsi adlandırılır. “Vəhdət həftəsi” artıq başlayıb və bir sıra müsəlman ölkələrində ənənəvi mövlud tədbirləri, mərasimlər keçirilir. Vəhdət həftəsi müsəlman dünyasının bayramıdır, Peyğəmbər məktəbinin şad günüdür. Bu günlərdə məzhəblər arasında qardaşlığa yönəli proqramların icrası üçün münasib fürsət yaranır.
 
Bu il Hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri yanvarın 3-9 (bəzi ölkələrdə Rəbiül əvvəlin 1 gün tez başlaması ilə bağlı) təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir.Rəvayətlərə əsasən, İslam Peyğəmbəri Həzrəti- Məhəmməd (s) məhz bu günlərin birində dünyaya göz açıb.
 
Qeyd edək ki, bu iki fərqli tarix arasında ixtilafları aradan qaldırmaq üçün 20-ci əsrin böyük İslam alimlərindən olan, İslam İnqilabının rəhbəri, mərhum Ayətullah Ruhullah Xomeyni 1981-ci ildə 12-17 Rəbiul-əvvəl tarixlərini müsəlmanların birliyi naminə "Vəhdət həftəsi" adlandıraraq mövludu bu günlər ərzində qeyd etməyə səslədi və o gündən başlayaraq 12-17 Rəbiul-əvvəl "Vəhdət Həftəsi" adında bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.

Google+ WhatsApp ok.ru