Müsəlmanları söyən Trump seçkinin ilk mərhələsini uduzdu

Texas senatoru Ted Cruz respublikaçıların Ayova ştatında keçirilən nominasiya seçkisində qalib gəlib.
 
CNN müxbirləri xəbər verirlər ki, namizədlik kampaniyasında indiyədək şəriksiz lider olan Donald Trump-ın məğlubiyyəti eyni zamanda ümumi siyasət qanunlarının etibarlığını isbat edib.
 
Xəbər verilir ki, Ayova ştatında keçirilən ilkin namziəd nominasiyasında da Trump, bundan əvvəlki kampaniyada olduğu kimi əsas etibarilə şəxsi populyarlaığına arxalanırdı.
 
CNN bildirir ki, Trump-ın “böyük fərdiyyətçiliyi”, sosial mediada fəallığı və izdihamlı mitinqləri Cruz-un ənənəvi siyasi yanaşması qarşısında gücsüz görünüb.
 
Ted Cruz bu ştatda aylardır ki, əsas etibarilə dindar seçicilər arasında kampaniya aparırdı.
 
Bu qələbə respublikaçıları bir də ona görə ruhlandırıb ki, bu, Ronald Reagan-dan bu yana onların “öz partiyadaşlarının” uğuru olub.
 
Cruz bu seçkidə səslərin 28, Trump 24 və gözlənilmədiyi halda Marko Rubio 23 faizini yığa bilib.

 

Google+ WhatsApp ok.ru