Müsəlman tələbə YUNESKO-nun mükafatına namizəddir

Müsəlman tələbə YUNESKO-nun mükafatına namizəddir

İran İslam Respublikasından olan Ehsan Məhəmmədi Məhaləti YUNESKO-nun mükafatına namizəddir.
 
Maide.Az xəbər verir ki, Tehran universitetinin tələbəsi YUNESKO-nun Tolerantlıq və Sülh ideyalarının yayılmasına görə mükafata layiq görülə bilər.
 
Qeyd etmək lazımdır ki, Məhəmmədi Məhaləti dünyada sülh uğrunda mübarizə aparan tanınmış fəaldır ki, o, millətlərin, mədəniyyətlərin və dinlərin dialoqu, həmçinin, dövlətlərarası sıx münasibətlərin saxlanmasınada fəallıq göstərir.
 
​Tələbə Beynəlxalq Mədəniyyət Tədris mərkəzində katib işləyir, eyni zamanda, universitetdə politologiya elminin öyrənir.

Onun fəaliyyəti YUNESKO-nun ekspertlərinin diqqətindən yayınmayıb. Müsəlman tələbə Beynəlxalq Uşaq təşkilatının 2 ildən bir keçirtdiyi nüfuzlu mükafata namizədlərin siyahısındadır. /

 

Google+ WhatsApp ok.ru