Müsəlmanlar Moskvada yeni məscidin inşasına icazə istəyir

Müsəlmanlar Moskvada yeni məscidin inşasına icazə istəyir

Rusiyanın  paytaxtı Moskvada  ötən gün Cümə namazında  İmam Cümə  paytaxt rəhbərliyindən insanların ibadət etməsi üçün məscid tikilməsini xaiş edib. 
 
Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, məscidin axundu  bildirib ki, bu ərazidə insanlar əziyyət çəkirlər. Namaz qılmaq üçün yer yoxdur. İnsanlar cümə günləri küçədə namaz qılmağa məcbur olurlar. “Bu ilki qurban bayramı namazında 15 min insan cəm olub. Müsəlmanlar xüsusi yerlərdə dua etmək istəyirlər, yerli sakinləri narahat etmək istəmirlər”.
 
Məscid imamıMoskvanın digər rayonlarında da bu məsələnin tezliklə həll olmasını istəyib. 
 
Qeyd edək ki, 2 milyon müsəlmanın yaşadığı paytaxt Moskavada 4 məscid fəaliyyət göstərir. Rusiya dövləti müsəlmanlara ibadət üçün xüsusi bayram günlərində meydanları, park və digər yerlərdən istifadə etməyə izn verib. 
 

Google+ WhatsApp ok.ru