Müsəlman restoran sahibindən Milad bayramı üçün qeyri-adi addım

Müsəlman restoran sahibindən Milad bayramı üçün qeyri-adi addım

Londonda restoran sahibi Milad bayramı üçün yaşlı, tənha və evsiz insanlar üçün xeyirxah addım atıb.
 
İslaminSesi bildirir ki, restoran sahibi gənc müsəlman İrfan Gənc Milad bayramında yaşlı və tənha insanlar üçün kampaniya elan edib. O bildirib ki, bu ideyanı o gecə yarısı restoranın qapısını döyən yaşlı bir qadının gəlişi ilə düşünüb. Yaşlı qadın gecə ondan kömək istəyib .
 
Onun evinə yollanan İrfan pəncərəni bağlamaqda ona yardımçı olub. Növbəti gün ona təşəkkürə gələn qadın Milad bayramında tək qaldığından şikayətlənib. Bildirib ki, onun heç bir qohumu yoxdur. İrfan da  bu xeyriyyə işi  ilə İslam dinin xeyirxah missiyasını yerinə yetirdiyini vurğulayıb. 
 
Onun kampaniyası "Dinindən, irqindən asılı olmadan bizə gəlin, sizinlə oturarıq. Tənha deyilsiniz." şüarı ilə keçirilir. 
 

Google+ WhatsApp ok.ru