Müsəlman ölkələr Vaşinqtondakı səfirliklərini  bağlasın

Müsəlman ölkələr Vaşinqtondakı səfirliklərini bağlasın

"ABŞ səfirliyinin Qüdsə köçürülməsini dəstəklədiyinə görə islami ölkələr Vaşinqtondakı səfirliklərini bağlasın".
 
Bunu Livan parlamentinin spikeri Nəbiyə Bəri bu gün Tehranda keçirilən Fələstin intifadasına dəstək üzrə VI beynəlxalq konfransda çıxışında bildirib. 
 
Maide.Az xəbər verir ki, N.Bəri deyib ki, İslam Respublikasından Livanı dəstəklədiyi üçün təşəkkür edirik. İran İslam Respublikasına Livanda ordu, xalq və müqaviməti dəstəklədiyi üçün təşəkkür edirik.
 
N.BƏri Fələstinin işğal olunmuş ərazisində işğalçı sionist rejim tərəfindən salınan yeni qəsəbələrin tikintisini ən yüksək dövlət terrorizimi adlanadırıb və deyib ki, sionist rejim BMT TŞ-nin qətnamələrini saymır və son günlər işğal olunmuş ərazilərdə 8806 qəsəbə yaradacağını təsdiqləyib. 
 
O deyib ki, Amerika sionist rejimin qəsəbələri genişləndirmə layihəsini dəstəkləyir. “Sionist rejimi tərəfindən səfirliklərin Qüdsə köçürülməsi sülh prosesini məhv etmək üçündür və bir plandır. Amerika işğalçı rejimi bu məsələdə dəstəkləyir. İslam ölkələri Amerikanın bu addımının qarşısında sərt mövqe sərgiləməli və Vaşinqtondakı səfirliklərini bağlamlıdır”. 
 
O deyib ki, bütün İslami ölkələr Fələstin məsələsində birləşməlidir. “Yaxın Şərqdə alovun sönməsi Fələstindən başlamalı və bitməlidir" 
 
Qeyd edək ki,ABŞ prezidenti Donald Tramp bu ölkə səfirliyini Qüdsə köçürəcəyi barədə dəfələrlə çıxışında bildirib. Artıq respublikaçı senatorlar səfirliyin köçürülməsi və Qüdsün işğalçı rejimin  paytaxtı kimi tanınmasına dair təklif irəli sürərək bununla bağlı qanun layihəsi hazırlayıb.

Google+ WhatsApp ok.ru