`Müsəlmanların azanını səbrsizliklə gözləyirəm` - İsveçin Baş yepiskopu

`Müsəlmanların azanını səbrsizliklə gözləyirəm` - İsveçin Baş yepiskopu

-- `Şəhərimizdə kilsə zəngi ilə yanaşı azan səsini eşitməyə ümid edirəm`

İsveç kilsəsinin Baş yepiskopu Fredrik Modeus ölkənin Vaxjö şəhərindəki "Ərəbi məscidi"nin nümayəndələrinin məsciddə azan verilməsi ilə bağlı müraciətini dəstəkləyib. 
 
Maide.Az "Dünya Bülteni"nə istinadən xəbər verir ki, müraciət İsveçin  Baş Polis İdarəsinə cümə günləri azan verilməsi ilə bağlıdır.
 
İdarədən bildirilib ki, hazırda məscidin yerləşdiyi ərazinin təhlükəsizliyi araşdırılır.
 
Müraciətlə bağlı İsveç kilsəsinin Baş yepiskopu Fredrik Modeus açıqlama verib.
 
O deyib ki, müsəlmanların azanını səbrsizliklə gözləyir: "Şəhərimizdə kilsə zəngi ilə yanaşı azan səsini eşitməyə ümid edirəm".
 
Qeyd edək ki, İsveçdə ilk dəfə azan oxunmasına 5 il öncə Stokholm şəhərindəki "Fittya Ulu məscidi"ndə başlanılıb.
 

Google+ WhatsApp ok.ru