Müsəlman futbolçu Salah dünya mətbuatının manşetində

Müsəlman futbolçu Salah dünya mətbuatının manşetində

-- “The Guardian”, “Daily Mail” BBC və...

Çempionlar Liqasının yarımfinalında “Roma”nı 5:2 hesabı ilə məğlub edən “Liverpul”un misirli müsəlman ulduzu Məhəmməd Salah möhtəşəm oyunu ilə yenidən diqqət mərkəzinə düşüb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, matçda 2 qol vuran və məhsuldar ötürmə edən Salah komandasının qələbəsində əsas rol oynayıb.
 
İngiltərə mətbuatı 25 yaşlı futbolçunu yerə-göyə sığdırmayıb. Onlardan bir neçəsinin Salah haqqında yazdıqlarını sizə təqdim edirik:
 
“The Guardian” nəşri: “Salah rüzgarı “Liverpul”u sürükləməyə davam edir. O, keçmiş komandası “Roma” müdafiəsini təkbaşına keçdi”.
 
“Daily Mail”: “Bu günə qədər Avropa arenasında İngiltərə klubları içərsində ən yaxşı oyun göstərən futbolçu Salahdır”.
 
BBC: ““Liverpul”un oyunu nəzarət altında saxlamasına əsas səbəb Salahın super oyunu oldu”.
 
İtaliya, İspaniya, Fransa, ABŞ, Çin və digər ölkələrin mətbuatları da Salahı manşetlərinə daşıyıb.
 
Ən maraqlı yazılardan birini isə “China Daily” nəşri hazırlayıb:
 
“Vurduğu qollardan sonra sadəcə yerə baxaraq əllərini havaya qaldırdı. Mükəmməl qolları üçün sanki üzr istəyirdi. Nə qədər vəfalı olduğunu da göstərdi”.
 

Google+ WhatsApp ok.ru