Müsəlmanlar etiraz etdi, Çin hökuməti məscidinin sökülməsini dayandırdı

Müsəlmanlar etiraz etdi, Çin hökuməti məscidinin sökülməsini dayandırdı

Çinli müsəlmanların etirazının ardınca yerli hökumət məscidin sökülməsini dayandırıb. 
 
Maide.Az xəbər verir ki, Channel News Asia  televiziyasının xəbərinə görə, Ningşia Hui Muxtar Vilayətinin Veycou yerli hökumət  Çin Mədəniyyət İnqilabı zamanı sökülən və ötən il bərpa edilərək ibadət üçün müsəlmanların ixtiyarına verilən  600 illik “Veycou Came” məscidinin sökülməsi qərarını təxirə salıb. 
 
Qeyd edək ki, bir neçə gün öncə  Hui müsəlmanları yerli hökumətin məscidi sökmə qərarına qarşı etiraz aksiyası keçirmiş, bu prosesi dayandırmağı tələb etmişdi. 
 
Xatırladaq ki, Çində 23 milyon müsəlman yaşayır. Ölkədəki 56 etnik qrupdan 10-u müsəlmandır. Hui (Çinli müsəlmanlar) ilə Uyğur, Qırğız, Qazax, Tacik, Tatar, Özbək, Salar, Baoan və Dongşiang etnik azlıqları, sıx olaraq ölkənin şimal və şimal-qərbində yaşayır.

Google+ WhatsApp ok.ru