Müsəlmanlar və xristiyanların birgə Ərbəin toplantısı

Müsəlmanlar və xristiyanların birgə Ərbəin toplantısı

Kenyada müsəlmanlar və xristiyanların Ərbəin ziyarəti toplantısı keçiriləcək.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, Kenyanın paytaxtı Nayrubinin "Park Rud" rayonunda yerləşən şiə məscidində keçiriləcək bu mərasimdə tanınmış müsəlman və xrsitiyan ictimai xadimlər, nüfuzlu şəxsiyyətlər, mütəfəkkirlər,  müəllim və tələbələr iştirak edəcək.
 
Toplantı "İmam Hüseyn (ə) hərəkatı; ədalət, azadlıq və bütün bəşəri cəmiyyətlər üçün hüquqların bərpa edilməsi" devizi ilə səfərin ayının 20-də İmam Hüseynin (ə) Ərbəin  günü (30 Oktyabr) keçiriləcək.
 
Toplantının keçirilməsindən məqsəd  İmam Hüseynin (ə) və vəfalı ənsarının Ərbəin mərasiminin əzadarlıq karvanları ilə həmrəylik etməkdir.
 
Tədbir İran İslam Respublikasının Kenyadakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə keçiriləcək. 
 

Google+ WhatsApp ok.ru