Müsəlman ölkələrinin gəncləri İstanbula toplanıb

Müsəlman ölkələrinin gəncləri İstanbula toplanıb

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu 3-cü Assambleyası keçirilir
 
Oktyabrın 22-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) Baş Assambleyası öz işinə başlayıb. Bu, təşkilatın sayca 3-cü toplantısıdır. 3 gün davam edəcək toplantıda bir sıra məsələlər, o cümlədən təşkilatın nizamnaməsində dəyişikliklər, eləcə də təşkilatın strukturunun seçilməsi nəzərdə tutulub.
 
Tədbirin açılış toplantısında çıxış edənlər arasında fələstinli qız, kiçik yaşlarından bir neçə dəfə İsrial ordusu tərəfindən həbs olunan Ahəd Təmimi də var. 
 
Qeyd edək ki, 45 ölkənin təmsil olunduğu İKGF 2004-cü ildə Bakıda keçirilən Təsis Assambleyasinda yaradılıb, 2005-ci ildə İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq təşkilat statusu alıb. 2006-cu ildən Baş Qərargahı Türkiyədə, 2010-cu idən isə Avrasiya Regional Mərkəzi Bakıda diplomatik təsisatlar olaraq qeydiyyatdan keçiblər. Təşkilatın hazırkı sədri isə səfir Elşad İskəndərovdur. Azərbaycan bu təşkilatın işində yaxından iştirak edir, təşkilatın təsisçisi Azərbaycan hökumətidir. /musavat.com /
 

Google+ WhatsApp ok.ru