Müsəlman həkimlər ABŞ-ın Ohayo  əyalətində xəstələrə pulsuz xidmət göstərən kilinika təsis edib - FOTO

Müsəlman həkimlər ABŞ-ın Ohayo əyalətində xəstələrə pulsuz xidmət göstərən kilinika təsis edib - FOTO

ABŞ-ın Ohayo   əyalətinin  Toledo şəhərində bir qrup müsəlman həkim xəstələrə pulsuz xidmət göstərən klinika təsis edib. 
 
Maide.Az “toledoblade” saytına istinadən xəbər verir ki, “Fulton County” kilinikasının həkimi Sulaiman Abawi deyir ki,  cəmiyyətdə yoxsul təbəqənin müalicəsini təmin etmək üçün bir qrup həkim bu qərara gəldik ki, pulsuz xidmət göstərən  klinikanı təsis edək. 
 
Klinika könüllü həkim və tibb işçiləri briqadası  tərəfindən idarə olunur.  Burada sığortası olmayan xəstələrə tibbi xidmət göstərilir. 
 
Klinika şənbə günləri 9-dan 1-dək  fəaliyyət göstərir və burada daha çox diabet və qan təzyiqindən əziyyət çəkən xəstələrə xidmət göstərilir. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru