Müsəlman taksi sürücülərinin aksiyası səmərə verdi

Müsəlman taksi sürücülərinin aksiyası səmərə verdi

ABŞ-ın Filadelfiya hava limanında çalışan müsəlman taksi sürücülərinin camaat namazı qılmaq üçün etirazı səmərə verib. 
 
Maide.Az  “philly” istinadla xəbər verir ki, Filadelfiya hava limanında çalışan 300-ə yaxın müsəlman taksi sürücüsü  hava limanı rəhbərliyinin  taksi duracağını dəyişməsi və yeni duracaqda  sürücülərə  səyyar namaz otağından istifadəyə icazə verməməsinə qarşı etiraz edib. 
 
Qeyd edək ki, onlar  namaz otağı ilə təmin olunmayacaqları təqdirdə  aclıq aksiyası keçənəcəklərini bildirmişdilər. 
 
Filadelfiya hava limanı rəhbərliyi taksi sürücülərinin bu etirazından sonra həmin sürücülərə yeni  duracaqda səyyar namaz otağı ilə təmin edib.

 

Google+ WhatsApp ok.ru