Müsəlman oğlan bir qızı beşinci mərtəbədəki yanan mənzildən xilas etdi - VİDEO

Müsəlman oğlan bir qızı beşinci mərtəbədəki yanan mənzildən xilas etdi - VİDEO

Nijnevartovskda şahidlərin çəkdiyi video sosial şəbəkələrdə marağa səbəb olub.
 
Maide.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, belə ki, çoxmərtəbəli binalardan birində bir mənzildə yanğın olub. Qəza şahidi 29 yaşlı Dağıstan vətəndaşı Əli Ömərov pəncərədə bir qızın tüstüdən boğulmamaq üçün çölə çıxmaq istədiyini görüb.
 
Oğlan 6-cı mərtəbəyə - yanan mənzilin üstündəki mənzilə tərəf qaçıb. Vəziyyəti tələsik ev sahiblərinə izah edib və həyatını təhlükəyə ataraq qızı pəncərədən yuxarı qaldırıb.
 
Qeyd edək ki, qəhrəman çox uşaqlı atadır, onun dörd övladı var. Hazırda qız xəstəxanadadır, həyatı üçün heç bir təhlükə yoxdur.
 
Hadisə barədə yanan mənzilin üstündəki evin sahibəsi Arina Telitsina danışıb: “Biz bir mərtəbə yuxarıda mənzildə oluruq. Hadisə zamanı mən evdə olmamışam, lakin böyük qızım evdə olub və o deyir ki, bir gənc oğlan yanan mənzilin pəncərəsindən qızı çıxartmaq üçün mənzilimizə girdi. Həyatını təhlükəyə ataraq onu çıxartdı və yuxarı qaldırdı". 
 
 

Google+ WhatsApp ok.ru