Müsəlman yeniyetmə hicaba görə aviaşirkəti məhkəməyə verib

Müsəlman yeniyetmə hicaba görə aviaşirkəti məhkəməyə verib

Fatimə Əbdürrəhman  və ailəsi "Air Canada" şirkətini məhkəməyə verib.
 
Maide.Az "islam.ru" saytına istinadla xəbər verir ki, buna səbəb aviaşirkətin əməkdaşlarının qızdan uçuşdan əvvəl hicabı açmasını tələb etməsi və qızın yarışlara qatılmaq üçün uçuşdan qalması olub. 
 
Qeyd edək ki, hadisə San-Fransisko hava limanında baş verib. Qız Kanadanın Toronto şəhərində skvoş yarışlarına gedirmiş. Hava limanının əməkdaşlarından biri F.Əbdürrəhmandan pasport fotoşəkildə başının açıq şəkildə təsvir olunduğu üçün hicabı açmasını istəyib.
 
Qızın dediyinə görə, komanda üzvləri və məşqçi də daxil olmaqla hər kəs uçuşa davam edib, lakin o saxlanılıb. Əbdürrəhman aviaşirkəti diskriminasiyada ittiham edib.
 
İdmançı qeyd edib ki, əgər hicabı çıxarmaq tələb olunursa, bunun üçün ona ayrıca otaq verilməli idi. F.Əbdürrəhman hava limanının əməkdaşlarını inandırmağa çalışıb ki, onun üzü hicabda da aydın görünür.Lakin aviaşirkət əməkdaşları bunu diqqətə almayıblar."
 
"Air Canada" vəziyyətlə bağlı jurnalistlərlə şərh verməyib.

Google+ WhatsApp ok.ru