Müsəlman həkimlər koronavirusun müalicəsinin effektiv sxemini tapdılar...

Müsəlman həkimlər koronavirusun müalicəsinin effektiv sxemini tapdılar...

Malayziya xəstəxanalarında koronavirusla mübarizədə uğur əldə olunub.
 
Xarici İslam saytlarının verdiyi xəbərdə deyilir ki, bu günədək ölkədə koronavirusa(“CoV-2019n”) yoluxmuş 3 nəfər müalicə edilib. Ümumilikdə Malayziyada bu virusa 17 yoluxma halı qeydə alınıb. Xəstələrin 12 nəfəri Çindən, 5-i isə malayziyalı olub. 
 
 
Dünən- fevralın 9-da axşam müsəlman həkimlər tərəfindən müalicəsi aparılan 63 yaşlı Çin vətəndaşının analizləri onun tamamilə sağaldığını göstərib. Adam paytaxt Kuala-Lumpurdakı bir xəstəxananın təcridxanasında simptomatik müalicə alıb.
 
 
“7 və 8 fevral tarixlərində keçirilmiş iki paralel test “2019-nCoV” virusu üçün mənfi nəticə verdi. Xəstə bu gün xəstəxanadan buraxılacaq"- deyə. Malayziya Səhiyyə Nazirliyinin baş direktoru Nur Hişam Abdulla bildirib.
 
 
Fevralın 4-də Çindən olan dörd yaşlı bir qız da müalicə alıb və Lanqkavi adasındakı xəstəxanadan buraxılıb. Ölümcül infeksiyadan sağalmış üçüncü şəxs Uhan şəhərindən olan 40 yaşlı bir kişi olub. O, Cohor-Baru şəhərindəki bir xəstəxanada müalicə alıb və fevralın 8-də tibb müəssisəsindən buraxılıb.
 
 
Malayziyadakı xəstəxanalardakı 3 koronavirus xəstəsinin müvəffəqiyyətlə sağaldılması malayziyalılar və dünya üçün bir ümid işığıdır.../Moderator.az/
 

Google+ WhatsApp ok.ru