Müsəlman könüllülər uşaqları pandemiya dövründə könüllü işə cəlb edir - VİDEO

Müsəlman könüllülər uşaqları pandemiya dövründə könüllü işə cəlb edir - VİDEO

ABŞ-ın Nyu York ştatının müsəlman fəalları və könüllüləri karantində vaxt itirmir, koronavirus pandemiyası şəraitində həmvətənlərinə kömək etməyə çalışırlar.
 
Maide.Az "WBFO"a istinadla xəbər verir ki, Niaqara sərhəd bölgəsindəki İslam cəmiyyəti fəalları qoruyucu maskaların ev şəraitində tikişini təşkil edərək, Qetzville şəhərindəki An-Nur məscidinin ətrafında paylayırlar.
 
Evdə maskaların tikilməsinin təşəbbüskarı Yasmin Dara, "tikdiyimiz maskalar sayəsində ən azı bir nəfərin həyatını xilas edə bilirik", - deyə bildirir.
 
Könüllü Rahil Saidin sözlərinə görə, o, çətin günlərdə həmyerlilərinə kömək etməyə çalışır və uşağını da bu işə cəlb edib. Məktəbli oğlu Zeyn anasının hazırladığı maskaları diqqətlə kağız zərflərə yığır.

Google+ WhatsApp ok.ru