Müsəlman qadın Kanadada Qubernator köməkçisi təyin edildi

Müsəlman qadın Kanadada Qubernator köməkçisi təyin edildi

Kanadanın Baş naziri Justin Trudeau, müsəlman xeyriyyəçi Salma Laxani Alberta əyalətinin qubernator müavini təyin edildiyini açıqlayıb. 
 
Maide.Az “İHA”a istinadla xəbər verir ki, S.Laxani Kanadada qubernatorun  müavini təyin olunan ilk müsəlmandır. 
 
Kanadada qadın hüquqlarının müdafiəçisi, biznes sahibi və xeyriyyəçi olan Salma Laxani 2015-ci ilin iyunundan bəri bu vəzifəni icra edən Gois Mitchell-i əvəz edəcək.
 
Baş nazir Trudeau, Salma Laxaniyə inandığını ifadə edib. 
 
Qeyd edək ki, Kanadada qubernator müavinləri bu ölkənin  Baş Qubernatoru tərəfindən təyin edilir və ştatlarda Kraliça II Yelizaveta nümayəndələri kimi xidmət edirlər.
 

Google+ WhatsApp ok.ru