Müsavat başqanının müşaviri Mərdan Mehdili saxlanılıb

Polis şöbəsində ona deyilib ki, istintaqa cəlb olunursan
 
Müsavat başqanının müşaviri Mərdan Mehdili saxlanılıb. Bu haqda partiyanın yerli təşkilatından Bastaninfo.com saytına məlumat verilib: “Mərdan bəy bu gün səhər əmisi ilə birlikdə Siyəzən rayon polis şöbəsinə gedib. Onu əvvəlki gün çağırmışdılar. Polis şöbəsində ona deyilib ki, istintaqa cəlb olunursan. Bundan sonra əmisini yola salıblar, Mərdan Mehdili ilə əlaqə saxlamaq mümkün olmayıb”.
 
Mərdan Mehdilinin istintaqa hansı şəkildə cəlb olunduğu məlum deyil. Ailə üzvlərinin verdiyi məlumta görə, Mərdan Mehdili Siyəzəndəki aksiyalarda hər hansı formada iştirak etməyib. Lakin bildirilir ki, həmin bölgənin deputatı Tahir Süleymanov əhalinin hakimiyyətdən narazılığını müxalifətin ayağına yazaraq, istintaqa ifadəsində etirazların Müsavat tərəfindən təşkil olunduğunu iddia edib.
 
Bundan əvvəl Müsavatın Siyəzən rayon təşkilatının sədr müavini Aydın Səfərli və onun qardaşı da həbs olunublar. meydantv/
 

Google+ WhatsApp ok.ru