Müsavat Məclisinin üzvü partiyadan istefa verib

Müsavatın Məclis üzvü Nəsibə Şuşalı partiya sıralarından istefa verib.
 
Maide.az xəbər verir ki, N. Şuşalı özünün “Facebook” səhifəsində istefasına səbəb kimi Qubad İbadoğlunun partiyadan kənarlaşdırılmasını göstərib: “Mən, Nəsibə Əli qızı, Müsavat Partiyasının sonuncu qurultayından sonra bas verən olaylarla əlaqədar və onun məntiqi nəticəsi olaraq iqtisadçı alim Qubad İbadoğlunun partiyanın mövcud rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq partiya sıralarından uzaqlaşdırılmasına etiraz əlaməti olaraq partiyanın Məclis üzvlüyündən və partiya sıralarından istefa verdiyimi bəyan edirəm”.

Google+ WhatsApp ok.ru