Müsbət və mənfi arzular

Müsbət və mənfi arzular

Arzu və ümid mehriban Allahın insana əta etdiyi bir nemətdir. Əgər arzu və ümid olmasaydı, insan heç vaxt bir işə maraq göstərməz, çalışmazdı. Peyğəmbəri-Əkrəm (s) buyurur:

الْأَمَلُ رَحْمَةٌ لِأُمَّتِی وَلَوْلَا الْأَمَلُ مَا رَضَعَتْ وَالِدَةٌ وَلَدَهَا وَلَا غَرَسَ غَارِسٌ شَجَرا

“Arzu mənim ümmətim üçün bir rəhmətdir. Əgər arzu olmasa, heç bir ana övladına süd verməz və heç bir əkinçi bir ağac əkməz.” (“Biharul-ənvar”, c.74, səh175.)

İmam Səccad (ə) belə dua edir:

اللّهُمَّ ربَّ العالَمِينَ··· أسألُكَ ··· مِنَ الآمالِ أوْفَقَها .

“Pərvərdigara! Səndən ən doğru arzunu istəyirəm.” (“Biharul-ənvar”, c.91, səh.155.)

Elm mərtəbəsinə yüksəlmək, əxlaqi dəyərlər əldə etmək, bəndəlik zirvəsinə ucalmaq, xalqa xidmət etmək, məscid tikmək, kitabxana yaratmaq imana dəlalət edən ali arzulardandır. Amma insanın arzuları yalnız dünyaya aid olsa və həddini aşsa, rahatlığını əlindən alar, onu tamah, təkəbbür kimi günahlara sövq edər. İmam Əli (ə) buyurur:

الأملُ كالسَّرابِ:  يَغِرُّ مَنْ رَآهُ، و يُخْلِفُ مَن رَجاهُ

“Arzular ilğım kimidir. Ona baxan aldanar, ona ümid edən əliboş qalar.”

الأملُ خادِعٌ غارٌّ ضارٌّ

“Arzu hiyləgər, yalançı və ziyanvericidir.”

الأمانِيُّ تُعْمي عُيُونَ البصائرِ

“Arzular bəsirət gözünü bağlayar.”

الأملُ سُلطانُ الشَّياطِينِ على قُلُوبِ الغافِلِينَ

“Arzu qafillərin qəlbində şeytani bir padşahdır.(“Qurərul-hikəm”, səh.312-313.)

Həzrət Musa (ə) münacat zamanı Allahın belə buyurduğunu eşitdi:

يَا مُوسَى لَا تُطَوِّلْ فِي الدُّنْيَا أَمَلَكَ فَيَقْسُوَ قَلْبُكَ وَ الْقَاسِي الْقَلْبِ مِنِّي بَعِيدٌ

“Ey Musa! Dünya arzularını uzun etmə ki, qəlbini bərkidər. Qəlbi bərkiyən isə Məndən uzaqdır.” (“Əl-kafi”, c.2, səh.329.)

İmam Sadiq (ə) “Ərəfə” gününün duasında Allaha belə ərz edir:

أعُوذُ بكَ مِن دُنيا تَمنعُ خَيْرَ الآخِرةِ ، و مِن حَياةٍ تَمنعُ خيرَ المَماتِ ، و مِن أملٍ يَمنعُ خيرَ العَملِ

“Sənə insanı üstün axirətdən uzaqlaşdıran dünyadan, üstün ölümdən məhrum edən həyatdan, üstün əməllərin qarşısını alan arzulardan pənah gətirirəm.” (“İqbalul-əmal”, səh.390.)

İmam Əli (ə) buyurur:

مَنْ أيْقَنَ أنّهُ يُفارِقُ الأحبابَ، و يَسكُنُ التُّرابَ، و يُواجِهُ الحِسابَ، و يَسْتَغْنِي عَمّا خَلَّفَ، و يَفْتَقِرُ إلى ما قَدَّمَ ، كانَ حَرِيّا بِقِصَرِ الأملِ و طُولِ العَملِ

“Ölüm qılıncıyla dostlardan ayrılacağına, torpağa sakin olacağına, sorğuya çəkiləcəyinə, qoyub getdiklərindən ehtiyacsız olacağına, qabaqcadan göndərdiklərindən faydalanacağına əmin olan şəxs arzularını qısaldıb səylərini artırmalıdır.” (“Biharul-ənvar”, c.70, səh.167.)

Uzun-uzadı arzular insana ağır zərbələr vurub onu ilahi feyzlərdən məhrum edir. İnsan doğulduğu gündən başlayaraq münbit torpaq kimi bəhrə vermək istedadına malikdir. Əgər bu istedad min bir günahla məhv edilməsə, Allahın rəhmət yağışından faydalanaraq iman, gözəl əxlaq və saleh əməl kimi çiçəklər yetirəcəkdir. “Əraf” surəsinin 58-ci ayəsində buyurulur:

وَالْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ وَالَّذِي خَبُثَ لاَ يَخْرُجُ إِلاَّ نَكِدًا كَذَلِك

“Pak bir məmləkətin bitkiləri Rəbbinin izni ilə çıxar. Pis bir məmləkətin bitkiləri isə həm çox çətinliklə, həm də az bitər.”

İnsan düşüncəsini hörümçək toru tək bürümüş arzular onun qavrayış bacasını qapayır və həqiqətlərə diqqət yoluna sədd çəkir. Beləcə insan Allahın zikrindən və axirət hazırlığından məhrum olur. Doğrudan da, arzular girdabında çapalayan, yalnız dünya nemətlərinə çatmaq barədə düşünən insan Allah, Qiyamət, saleh əməl və tövbə haqqında düşünə bilərmi?! Həzrət Peyğəmbər (s) mühüm bir rəvayətdə buyurur:

أَلاَ إِنَّ أَخْوَفَ مَا أَخَافُ عَلَيْكُمْ خَلَّتَانِ اِتِّبَاعُ اَلْهَوَى وَ طُولُ اَلْأَمَلِ أَمَّا اِتِّبَاعُ اَلْهَوَى فَيَصُدُّ عَنِ اَلْحَقِّ وَ أَمَّا طُولُ اَلْأَمَلِ فَيُنْسِي اَلْآخِرَةَ

“Agah olun, həqiqətən, sizin üçün iki şeydən qorxuram: nəfs istəyinə tabeçilik və uzun-uzadı arzular. Nəfs istəyinə tabeçilik insanı həqiqətdən uzaqlaşdırır, uzun-uzadı arzular isə axirəti yaddan çıxarır.” (“Əl-kafi”, c.8, səh.58.)

İnsan səadəti üçün çox qorxulu olan uzun-uzadı arzulardan qurtarmaq üçün Quran və Əhli-beyt (ə) xəbərlərini mütaliə edib tarixi əhvalatlarla tanış olmaq, qəbiristanlığa gedib qəbirlərdə yatanlar haqqında düşünmək çox faydalıdır.

Bəli, qəlb arzular ilğımına büründüyü vaxt insan dünya və axirət faydalarından, hətta elm və biliyin səmərələrindən belə məhrum olur. (“Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.462-467.)

Maide.Az

Google+ WhatsApp ok.ru