MSK prezident seçkiləri ilə bağlı qaydaları açıqlayıb

MSK prezident seçkiləri ilə bağlı qaydaları açıqlayıb

-- prezidentliyə namizədlər səsvermə gününə 23 gün qalmışa qədər...

Mərkəzi Seçki Komisssiyası aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı qaydaları açıqlayıb.
 
Maide.Az  "Publika.az"-a istinadən xəbər verir ki,  prezidentliyə namizədlər səsvermə gününə 23 gün qalmışa qədər sənədlərini təqdim etməlidir.
 
Təbliğat-təşviqat kampaniyası səsvermə gününə 63 gün qalmış başlayacaq, 1 gün qalmış başa çatacaq. Seçici siyahıları martın 7-nə kimi dəqiqləşdiriləcək.
 
Bülletenlərin hazırlanması aprelinə 1-nə qədər başa çatdırılacaq.

Google+ WhatsApp ok.ru