Müslim İbn Əqilin (ə) hərəminin yeni qapısı quraşdırlacaq

Müslim İbn Əqilin (ə) hərəminin yeni qapısı quraşdırlacaq

-- Ramazan ayından öncə

İraqın Kufə şəhərində yerləşən İmam Hüseynin (ə) səfiri Müslim İbn Əqilin (ə) mütəhhər hərəminin giriş qapılarından birinin təqdimat mərasimi keçirilib. 
 
Maide.Az “hawzahnews”a istinadən xəbər verir ki, “Müslim ibn Əqilin (ə) hərəminin Tuə qapısı”nın təqdimat mərasimi  Yəzd şəhərində keçirilib. 
 
Qapı yəzdli xeyriyyəçi insanların maliyyə dəstəyi ilə hazırlanıb.  Təqdimat mərasimində Aşura ziyarəti oxunub və  əzadarlıq edilib. 
 
Yeni hazırlanan qapının ölçüsü 3,80x3 metrədir. Qapının ümumi çəkisi 500 kiloqramdır.  Qapı xüsusi ağac materialından hazırlanıb.  Qapının üzərinə 2 kiloqrama yaxın  qızıl işlənilib.  Yeni hazırlanmış qapı Ramazan ayından öncə  İraqa aparılacaq və  Həzrət Müslim ibn Əqlinin (ə) hərəminə quraşdırılacaq. 
 
Bundan başqa  həzrət Müslim ibn Əqlinin qızı “Həmidə”nin adını daşıyan daha bir qapı hazırlanır və onun da yaxın zamanlarda işlərinin yekunlşacağı və İraqa təhvil veriləcəyi bildirilir. 
 
Qeyd edək ki, 2017-ci ildə Müslim İbn Əqilin (ə) mütəhhər hərəmində həzrətin hərəminin qübbəsində təmir işləri aparılıb. Hərəmin qübbəsinin xarici səthindəki aşınmalar səbəbilə yeni güzgülü şəbəkələrlə əvəzlənəcib. 
 

Google+ WhatsApp ok.ru