MÜSLİM İBN ƏQİL

MÜSLİM İBN ƏQİL

Özünü tərbiyələndirmiş və pak insan-ların böyük ruhu başqalarına da paklıq və iman aşılayır. İsar əhlinin Allah yolunda sədaqət və fadakarlığı ətraf-dakıları da məs’uliyyət və fədakarlığa ruhlandırır. Böyük islami şəxsiyyətlərin cihad və şəhadət qəhrəmanlığı mücahid-lər və şəhidlər yetirir. Şanlı tarixi-mizin parlaq simalarının insani əzəməti yemək və yatmaqdan üstün hədəfə malik olanlar üçün ideal, nümunədir. İlahi dəyər axtarışında olan bu simaları örnək götürürlər. İman, əxlaq, şücaət, dözüm nümunəsi olan insanlar bütün dönəmlərdə tarixin zinəti olmuşlar.

Müslim ibn Əqil bu parlaq simalardandır. Bu böyük insanın, haqq yolunun fədakar əsgərinin adı yaxşılıq, rəşadət və şücaət simvoludur. Bu rəşadətli İslam mücahidinin həyatının öyrənilməsi ilhamverici, ibrətamiz və tərbiyələndirici bir işdir. Müslim ibn Əqilin Kufədəki qəhrəmanlığı Aşura hərəkatının müqəddiməsi idi. Müslim özü isə Seyyidüş-şühəda İmam Hüseyn (ə) inqilabının öncülü, Kərbəla hərəkatı-nın səfiri, tarixi qəhrəmanlıq qurbanı olmuşdur.

Müslimin sədaqət, iman və şücaətindən başqa onun haqqında nə demək olar?! Onun fədakarlıq, qəhrəmanlıq və azadəliyindən savay nə haqda yazmaq olar?” Onun haqqında vəzifəyə əməl, imama itaət, haqq yolda ölənədək cihaddan savay nə eşitmək olar?! Odur İslam məktəbinin dəyərlərinin bariz təcəssümü, odur Allah yoluna könül vermiş mücahid gənc nümunəsi, odur şəhadəti ilə Allaha yaxınlıq me’racına yüksələn. Bütün bu səbəblərə görə də məhz Müslim ibn Əqilin böyük şəxsiyyəti ilə tanış oluruq.’

 

Google+ WhatsApp