Müstəqil və güclü İraq bizim üçün çox əhəmiyyətlidir - Ayətullah Xamenei -FOTO

Müstəqil və güclü İraq bizim üçün çox əhəmiyyətlidir - Ayətullah Xamenei -FOTO

Düşmənin qarşısında mübarizənin yeganə yolu isə milli vəhdətin qorunmasıdır.

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün İraq prezidenti Bərhəm Salehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə Ayətullah Xamenei  İraqda keçirilən parlament və prezident seçkilərini uğurlu adlandırıb və sabitliyiin təminatı olduğunu bildirib. 
 
Ayətullah Xamenei İraqda mövcud problemlərin həlli yolları barədə də danışıb. Bildirib ki, milli vəhdətin qorunması, dost və düşmənin düzgün tanınması, düşmən qarşısında müqavimət, gənclərin gücünə arxalanmaq və mərcəiyyətlə sıx əlaqələrin qurulması proritet məsələlər olmalıdır. 
 
Ayətullah Xamenei qeyd edib ki, uzun illər zalım rejimlərin hakimiyyətindən sonra İraq xalqının əldə etdiyi müstəqilliyi istəməyən qüvvələr az deyil. “Bu bədxahlar İraqda və regionda sabitliyin və  dincliyin yaranmasından narahatdırlar və hər yol ilə bunu aradan aparmaq istəyirlər. Düşmənin qarşısında mübarizənin yeganə yolu isə bütün qrupların – şiə, sünni, kürd, ərəb və s. – birləşərək milli vəhdəti qorunmasıdır.”
 
Görüş zamanı Ayətullah Xamenei İran  və İraq arasında qarşılıqlı münasibətlərdən danışaraq bildirib ki, iki ölkə arasında əməkdaşlığın  böyük prespektivləri var.  “Bu gün inkişaf etmiş, müstəqil və güclü İraq bizim üçün çox əhəmiyyətlidir. Odur ki, bütün məsələlərdə İraqlı qardaşlarımızın yanındayıq. Əməkdaşlığımızın bundan sonra da yüksək xətlə inkişafına çalışacağıq.”
 
Ali Rəhbər son Ərbəin yürüşü zamanı yüksək təşkilatçılağa görə, İraq xalqına təşəkkürünü bildirib və qeyd edib ki, bu il 2 milyondan artıq İranlı Ərbəin ziyarətində iştirak edib və onlar yüksək qonaqpərvərlikdən razılıq ediblər. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru