Mütəda əs-Sədrdən bütün məzhəblərə birlik çağırışı

Mütəda əs-Sədrdən bütün məzhəblərə birlik çağırışı

-- hərtərfəli bir İraq ittifaqına doğru gedirik

İraqda keçirilən seçkilərdə qalib gələn “Sayrun” koalisiyasının rəhbəri Müqtəda əs-Sədr bütün məzhəblərin nümayəndələrinə səslənərək ayrı-seçkilikdən uzaq olduğunu bildirib.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, Sədr social media hesabında bunları yazıb:
 
“Mən Müqtəda, düşüncə olaraq şiəyəm, xoş niyyətli sünniyəm, gözəl qoxulu xristianam, sadə sabiyəm, parlaq kürdəm, ricacı türkmənəm, fani kəldaniyəm və fədakar şəbəkəm. Məndən ölüm və düşmənləri geri qaytaracaq heç bir məzhəbçilik gözləməyin. Bunun əksinə, hərtərfəli bir İraq ittifaqına doğru gedirik”.
 
Qeyd edək ki, 12 mayda keçirilən seçkilərdə “Sayrun” koalisiyası parlamentdəki 329 mandatdan 54-nü qazanıb. Əs-Sədr hazırda bir neçə koalisiya ilə hökumət qurmaq üçün ittifaq danışıqları aparır.
 

Google+ WhatsApp ok.ru