Mötədil islamçılar Tunis parlamentindəki yerlərin dörddə birini qazanıblar

Mötədil islamçılar Tunis parlamentindəki yerlərin dörddə birini qazanıblar

Mötədil islamçı “An-Nahda” partiyası Tunis parlamentindəki 217 yerdən 52 yerə sahib olub.
 
Maide.Az "RIA novosti"yə istinadla xəbər verir ki, ilkin nəticələrə görə, ikinci yeri prezident seçkilərinin ikinci turuna keçmiş media maqnatı Nabil əl-Karuinin başçılıq etdiyi bir neçə ay əvvəl yaradılan “Kalb Tunis” partiyası (Tunisin Ürəyi) tutub. Onun tərəfdarları yeni parlamentdə 38 yer əldə ediblər.
 
22 yer qazanan Demokratik Hərəkat partiyası üçüncü olub.
 
Bundan əlavə, 21 deputatın təmsil olunacağı "Karama" (Ləyaqət) partiyası parlamentin yeni tərkibinə daxil olub.
 
Qalan partiyalar 5-dən 17-dək deputat yerinə sahib olub.
 
Bu rəqəmlər keçən bazar günü səsvermədən dərhal sonra dərc olunan seçicilər arasında keçirilmiş sorğunun nəticələrinə uyğundur. 
 
Parlament seçkilərində 217 deputat mandatına təxminən 15 min namizəd iddia edirdi. Seçilən deputatlar hakim koalisiya yaradaraq yeni hökumət formalaşdırmalıdır.

Google+ WhatsApp ok.ru