MTN-in daha bir generalı işdən çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi işdən azad edilib.
"Qafqazinfo" xəbər verir ki, Hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən haqqin.az saytına verilən məlumata görə, MTN-in İctimai Əlaqələr İdarəsindən bildiriblər ki, milli təhlükəsizlik nazirinin vəzifəsini müvəqqəti olaraq icra edənin müvafiq əmri ilə Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. /
 

Google+ WhatsApp ok.ru